Kaunasda Novruz bayramı qeyd edildi
- Apr, 03, 2014
- News
Litvada sil-sililə şəklində davam edən Novruz
festivalı 18 mart tarixində Vilnüsdəki bayram tədbirinin ardinca 20 mart
tarixində Kaunas şəhərində həyata keçirildi.
Tədbirdə Kaunasda təhsil alan yüzə yaxın
azərbaycanlı tələbə və universitetlərin rəsmiləri, burada fəaliyyət
göstərən yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayənləri
iştirak edirdilər.
Açılış nitqi ilə çıxış edən Litva
Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Samir Musayev azərbaycalı
gəncləri bayram münasibəti ilə təbrik edib, əcnəbi qonaqlara bayram haqqında
geniş informasiya verdi.
Bayramın şənliyində qonaqlarımız Azərbaycan
milli mətbəxinin təamlarını dadaraq, istedadlı tələblərimizin ifasinda
milli musiqi və rəqs nömrələrini izlədilər. Yerli və xarici qonaqların da
tələblərimizlə birlikdə milli mahnılarımızı rəqs etmələri tədbirə
əlavə bir rəng qatdı.
Festival Novruzun yumurta döyüşdürmə, tonqal
ətrafında yallı getmə, atəşfəşanlıq və kimi bir sıra adət-ənənlərlə
nümayişi ilə davam etdi.
Views count (2228)
